"THE MERCHANT BAKU HOTEL" elə indi kəşf edin
Azərbaycan, yaxud "Odlar Yurdu" – köhnə ilə yeninin sintezidir. Heç bir başqa bir ölkə Sovet dövründən bu günə qədər Azərbaycan qədər bu cür radikal dəyişiklikləri yaşamayıb.
Bakı – bunun ən yaxşı təsdiqidir!
Bakının mərkəzi hissəsi köhnə İçəri Şəhərdir və sanki burada vaxt dayanıb qalıb. Bakılılar İçərişəhəri "qala" və ya "köhnə şəhər" adlandırırlar ki, bu da başqa mənada "daxili şəhər" deməkdir.
Azərbaycan – Cənubi Qafqazda Xəzər dənizinin sahilində yerləşən ən böyük dövlətdir. Nemətli iqlimi, dənizin yaxınlığı, qeyri-adi təbiəti, zəngin tarixi və mədəniyyəti ilə seçilən bu yer, Azərbaycana gələn çoxsaylı turistlər üçün maqnit kimidir. Bu ölkə səyahətçilərin bütün kateqoriyalarında – uşaqlı ailələrdən tutmuş fərdi səfər həvəskarlarınadək hamı üçün tanınan yerdir.
Bakı – şərqin Parisidir, əvvəllər onu bu cür adlandırırdılar. Bu gün çoxlu göydələnləri görəndə Dubay şəhəri daha çox yada düşür. Burada müasir memarlıq orta əsr tikililəri ilə ahəngdar şəkildə uzlaşır.
"The Merchant Baku" oteli şəhərin mərkəzində yerləşir və paytaxtın istənilən qonağını qəbul etməkdən məmnunluq duyur. Səfərinizin məqsədindən asılı olmayaraq özünüzü nömrənizdə rahat hiss etmək, münasib istirahət şəraitinə malik olmaq sizin üçün son dərəcə vacibdir.
"The Merchant Baku" otelində çoxlu dəbdəbəli otaqlar var. Burada ayrıca eyvanı olan nömrə də mövcuddur, uşaqlı ailələr üçün bitişik otaqları olan nömrələr və məhdud qabiliyyətli insanlar üçün təklif oluna bilən rahat otaqlar var.
Bakı Abşeron yarımadasının cənub hissəsində yerləşən ölkənin ən iri paytaxt şəhəridir. Azərbaycanın paytaxtı keçmiş sovet şəhərinə gündən-günə daha az oxşayır. Şəhərin bütün köhnə hissəsi geniş bir tarixi-memarlıq guşəsi kimi təqdim olunur. Bakı öz tarixi kimi daima dəyişir, abadlaşır. Mərkəzdəki köhnə evlər də öz cazibədarlığını saxlamaqla modern üslubda tikilmiş göydələnlərlə gözəl surətdə uzlaşırlar.
Bakının mərkəzində axşam yeməyi və istirahəti üçün rahat məkan
The Latitude and Longitude Lounge Bar-da Bakının dadını kəşf edin
Merchant Baku Hotelinin sehrli atmosferi ilə əhatə olunmuş Latitude və Longitude Lounge Bar haqlı olaraq Bakının mərkəzində ən yaxşı yemək məkanı hesab edə bilər. Bütün yeməklər həm Azərbaycan, həm də dünya mətbəxində ixtisaslaşmış aşpazlar tərəfindən hazırlanır. Restoranın menyusu onlarla növ qəlyanaltılardan tutmuş, ana yemək və dessertlərlə, eləcə də Azərbaycan əzmələri ilə zəngindir.
Səhər yeməyi açıq bufet – İşveç masası şəklində təqdim olunur. Bu, ev klassikasını, Vyana bişirmələrini, şirniyyatları, ət yeməklərini və pendirləri, həmçinin müxtəlif meyvə və giləmeyvələri, təzə sıxılmış şirələrin geniş çeşidini özündə cəmləşdirmişdir. Həmçinin, Azərbaycansayağı səhər yeməyi də təqdim olunur. Buraya yerli zeytundan, kənd yumurtalarından hazırlanmış omletdən, tərəvəzlərdən (Zirə pomidoru və xiyarları), yerli pendirdən, kəsmikdən, yerli nehrə yağından, əncir cemindən, ənənəvi fəsəli çörəyindən və tutdan olan bəhməzdən ibarət dadlı assorti daxildir.