Spa services in The Merchant Baku

"The Merchant Baku" otelin spa salonu – sağlamlıq və sakitlik oazisidir. Biz buranı ən yaxşı dünya təcrübəsini öyrənərək yaratmışıq. Burada sizi peşəkar masaj ustalarının qayğıkeş əlləri qarşılayacaqdır.

Xüsusi hazırlanmış spa proqramları sizə salonun bütün üstünlüklərindən tam şəkildə zövq almağa imkan yaradacaqdır. Biz yaratdığımız və peşəkar masaj ustaları tərəfindən yerinə yetirilən dəbdəbəli prosedurlar ilə fəxr edirik. Bütün bunlar sizləri tam istirahət etmiş və özünüzü enerji bolluğu ilə doldurulmuş kimi hiss etməyə kömək edəcəkdir.

Spa salonun üz və bədən masajı üçün gözəl tərtib olunmuş kabinetində qayğısızlıq və rahatlıq dünyasına qərq ola bilərsiniz!

Bütün dünyadan olan masaj növləri

Bizim spa salonumuzda masajların aşağıdakı bütün növləri sizin xidmətinizdədir:

Rahatlandırıcı və yaxud canlandırıcı? Bali, yoxsa İsveç masajı? "The Merchant Baku" otelinin spa salonunda sizə ənənəvi və ekzotik masaj növləri təklif olunacaq. Gündəlik həyatın stresslərindən uzaqlaşmaq, toplanmış gərginliyi aradan qaldırmaq və yaxşı istirahət etmək istəyirsinizsə dərhal bizə müraciət edin!

Button

Masaj yalnız mexaniki hərəkətlərlə məhdudlaşmır. Masajın əsas hissəsi – orada çalışan peşəkarlar tərəfindən bura gələn hər bir kəsin patoloji xüsusiyyətlərini müəyyən etmək və bunun əsasında onların düzgün diaqnostikasını aparmaqdan ibarətdir. Əgər patologiya müəyyən olunarsa, masajın təsiri ilk növbədə ona yönəldilir. Məhz bundan sonra bədənin qalan hissələrinin masajına keçirilir.

İsveç masajı

Fərdi müalicəvi masaj növü kimi bədənə yüngül və ya orta təzyiq göstərməklə insanı rahatlanmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Bu növ masaj özündə kompleks şəkildə müxtəlif texnikaları birləşdirir. Masaj zamanı bizim masaj ustası bədənin bütün yumşaq toxumalarına maksimal dərəcədə dərindən təsir göstərir

Relaks masajı

Relaksasiya masajı – bədəni və zehni tamamilə rahatlaşdırmaq, bütün bədəndə toplanmış yorğunluğu, depressiya və stressi aradan qaldırmaq üçün əla imkandır. O, dəriyə, yumşaq toxumalara, oynaqlara, qan damarlarına, daxili orqanlara təsir göstərir və bununla onların işinin tonusunu yaxşılaşdırır və bərpa edir. Masaj müxtəlif texnikaların tətbiqi ilə bizim peşəkar mütəxəssislər tərəfindən bədənin sığallanması, ovuşdurulması, yüngül zərbələr vurulması yolu və s. ilə həyata keçirilir.

Masajda efir yağlarından, kremlərdən və losyonlardan da istifadə olunur. Onlar dərini yumşaldır və onu qidalandırıcı maddələrlə doyururlar. Bədənin tam rahatlaşması üçün nəzərdə tutulmuş bu qayğıkeş masajın köməyi ilə stressin yox olmasını siz dərhal hiss edəcəksiniz. Bədəninizdə yenidən müsbət enerji axınının şahidi olacaqsınız.

Hiss orqanlarını da unutmaq lazım deyil – iynəyarpaqlıların, lavandanın və ya qızılgülün ətri gözlərinizi yummaqla problemləri unutmağa və xoş hisslərə tamamilə baş vurmağa məcbur edəcək. Amma efir yağlarının əsl dəyəri başqa bir şeydədir – onların molekulyar quruluşu elədir ki, dərinin qoruyucu təbəqəsindən asanlıqla nüfuz edir və bu zaman masajın digər faydalı komponentlərini də özləri ilə birlikdə ora daxil edirlər.

Efir yağları ilə masaj

Aromatik yağlar dəriyə daxil olarkən onun derma səthinə, həmçinin qismən qan dövranına nüfuz edir. Efir yağlarının müxtəlif qarışıqlarını bədənə sürtərək onların müalicəvi və sakitləşdirici xüsusiyyətləri sayəsində masaj tonusu yaxşılaşdıran müalicə növünə çevrilir.

Aromaterapiya sizi həm emosional, həm də fiziki cəhətdən sakitləşdirəcək.

Bədənin dərin toxumalarının masajı

Bu masaj terapevtik növ olmaqla xəstə, qısalmış əzələlərə yönəldilmiş müalicəvi masajdır. Bədəninizin gərginlikdən qurtarılması və əzələ ağrılarını azaltmaq üçün çox əlverişlidir. Əzələlərin dərin masajı klassik variantlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Bizim masaj ustalarının xüsusiyyəti – sakit hərəkətlərlə sığallama, dartılıb uzatma texnikası vasitəsilə oynaqların, əzələlərin, birləşmələrin fəaliyyətinə faydalı təsir etməkdir. Bu prosedurdan xoş bir bonus – ekoloji cəhətdən təmiz bitki yağları ilə qidalanmış hamar, yumşaq və yaxşı qulluq olunmuş dəridir.

Masaj əsasən bədəninizin dərindən və tam işlənilməsinə yönəldilir, yəni iri əzələlərin, xüsusilə bel, boyun, ayaq əzələlərinin masajını nəzərdə tutur. Burada əsas məsələ – bədəninizin isti daşlarla isidilməsidir. Bunun üçün xüsusi bazalt daşlarından istifadə olunur və onlar lazımi temperatur dərəcələrinədək qızdırılırlar.

İsti daşlar ilə masaj

Sakitləşdirici vulkanik daşlar bütün bədəninizdə olan təzyiqi və gərginliyi tamamilə aradan götürməyə və onun enerji və həyat qüvvəsini bərpa etməyə kömək edir. O, Tay masajının elə əsas növüdür ki, burada mühüm rolu isti daşlar oynayırlar

Bali masajı

Bütün bədənin, dərin toxumaların kompleks şəkildə müalicəsi üçün yumşaq dartılıb uzadılmalardan, nöqtəvi masajdan, refleksoterapiyadan istifadə olunur ki, bunun nəticəsində qan axını stimullaşdırılır və sakitlik hissi bərqərar olur. Bali masajı müxtəlif texnikalardan istifadə edir və onun məqsədi – bədənin və ruhun tam ahəngliyini təmin etməkdir

Masaj sizin bədəninizin enerji nöqtələrini stimullaşdırmağa hədəflənib. Bundan sonra, bu nöqtələr qan dövranını təşviq edir və bədəninizin immun sistemini fəallaşdırır. Bali masajı üç sistemə təsir göstərir: sinir sisteminə, hormonal sistemə və həzm sisteminə. Bu üç sistemin müalicəsi hər bir insan üçün ahəngdarlıq mənbəyini yaradır!

Günün sonunda rahat ayaq masajından daha yaxşı nə ola bilər? Aydındır ki, bu, hər kəs üçün faydalıdır. Əgər refleksoloji masaj olarsa – bu fayda dəfələrlə artacaqdır.

Məhz sizin dərinizin konkret ehtiyaclarına uyğun gələn xüsusi məhsulla hərtərəfli surətdə üzün təmizlənməsi, onun qabıqlanmadan azad olunması və özəl qaydada yaxılmasından ilə zövq alacaqsınız. Bu, istənilən hər hansı bir masaj və yaxud bədənə qulluq proseduruna olan mükəmməl bir əlavədir.

Üzün masajı – onun dərisinə və əzələlərinə təsirin profilaktik və müalicəvi metodudur. Bizim masaj ustalarının üzünüzə bir neçə dəfə toxunmasından sonra siz gözə görünən müsbət nəticələri dərhal hiss edəcəksiniz. Burada yerinə yetirilən texnikalar – yumşaq toxumaların və üz əzələlərinin sığallanması, onların çimdiklənməsi, əzilib ovuşdurması və digər hərəkətlərlə onların işini stimullaşdırmaqdan ibarətdir. Bu cür masaj üzdəki gərginliyi aradan götürür və yaş dəyişmələrinin qarşısını vaxtında alır.


Bədənə düzgün və cəld qulluq

Refleksoloji masaj

Üzə qulluq

Üzün masajı

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS