"The Merchant Baku" oteli əvvəllər Xəzər Dəniz Gəmiçiliyinin baş idarəsinin olduğu möhtəşəm tarixi binada yerləşir. 1858-ci ildə inşa edilmiş bina, Azərbaycan tarixinin ən dinamik və mühüm dövrlərindən birini əks etdirən təkrarolunmaz möhtəşəm memarlıq abidəsidir. Bakının mərkəzində yerləşən otel elə bil ki, okeanda üzən ağ rəngli laynerə bənzəyir, siz burada özünüzü dəniz kruizinin iştirakçısı kimi hiss edərək gözəl istirahət edə bilərsiniz.

Bu otelin bütün interyeri "The Great Gatsby" üslubunda yaradılmışdır və nə vaxtsa Xəzər dənizində gəzən köhnə ticarət gəmilərinin təsviri olan möhtəşəm freskalar da daxil olmaqla, müasir dəbli dizaynı və bir çox orijinal detalları özündə uyğunlaşdırır. Ənənəvi Azərbaycan xalçaları ilə örtülmüş mərmər döşəmələr nəfis işlənmiş vintaj mebellərlə tamamlanır və bu, zərif və eyni zamanda məhrəm mühit yaradır. "The Merchant", Bakının ən eksklüziv, cəlbedici və daim tələb olunan otellərindən birinə çevrilməyə israrlıdır. Sadə, eyni zamanda zövqoxşayan, müasir və qonaqpərvər "The Merchant" sizin ikinci evinizə çevriləcəkdir.

Rooms & Suites

BAKIDA YAŞAMA VƏ İSTİRAHƏT ÜÇÜN İDEAL YER

"The Merchant" otelində "Ar-deco" və "Ar-nuvo" fransız memarlıq üslublarının heyranedici uzlaşmasından ilhamlanaraq fərdi üslubda dizayn olunmuş 63 dəbdəbəli otaq mövcuddur. 16 nömrə özəl eyvana malikdir, 9 nömrə isə uşaqlı ailələr üçün ideal rahatlığı təmin edən qarışıq otaqlardan ibarətdir. Xüsusi tələbi olan, o cümlədən məhdud imkanlı insanlar üçün də ayrıca bir otaq vardır. Gecələr tam sakitlik və rahat istirahət üçün xüsusi olaraq hazırlanmış və gün işığının düşmədiyi otağı sifariş edə bilərsiniz. Cazibədar gecənin sakit yuxusundan həzz alın və oyanaraq, özünüzü tamamilə gümrah və həyatın sizin üçün hazırladığı sürprizlərə hazır vəziyyətdə hiss edin.

Ən yaxşı qiymət zəmanəti

Adults
CHILD
Child
Book
Ən yaxşı qiymət zəmanəti

Bakının mərkəzində unudulmaz istirahət

Bakının mərkəzində "The Merchant Baku Hotel" öz tarixi cazibədarlığı və nəfisliyi ilə sizə unudulmaz istirahət bəxş edəcək.

Dining

Bar Lounge

ÜNSİYYƏT ÜÇÜN İDEAL YER

"The Latitude and Longitude" barın peşəkar bartenderləri tərəfindən hazırlanmış içki proqramı kokteyl mətbəxi və buz şöbəsində xüsusi diqqət və həvəslə tərtib olunmuşdur. Hər bir kokteyl, yemək reseptləri kimi müxtəlif texnologiyalardan, məsələn, xüsusi çəlləklərdə fermentasiya aparılması kimi texnikadan istifadə etməklə işlənib hazırlanır.

Qonaq rəyləri

Bizi İzləyin

Şəhər Tədbirləri

Şəhərin ürəyində

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS