1. Giriş
“Yeni Baki Oteli” MMC-yə xoş gəlmisiniz (“Şirkət”, “biz”)!
Bu Xidmət şərtləri (“Şərtlər”, “Xidmət şərtləri”) “Yeni Baki Oteli” MMC tərəfindən idarə edilən, https://themerchantbaku.com/ ünvanında yerləşən vebsaytımızdan necə istifadə edəcəyinizi tənzimləyir (birlikdə və ya ayrı-ayrılıqda “Xidmət”).
Həmçinin Məxfilik Siyasəti Xidmətimizdən istifadəni tənzimləyir, veb-saytımızdan istifadəniz nəticəsində yaranan məlumatları necə topladığımızı, qoruduğumuzu və açıqladığımızı izah edir.
Bizimlə müqavilənizə bu Şərtlər və Məxfilik siyasətimiz daxildir (“Müqavilələr”). Müqavilələri oxuyub anladığınızı təsdiq edir, məcburi qüvvəyə malik olduğu ilə razılaşırsınız.
Müqavilələrlə razılaşmırsınızsa (və ya onlara əməl edə bilmirsinizsə), Xidmətdən istifadə edə bilməzsiniz, amma xahiş edirik, [email protected] ünvanı vasitəsilə bizə e-məktub göndərin, həll yolu tapmağa çalışa bilərik. Bu Şərtlər bütün qonaqlara, istifadəçilərə, eləcə də Xidmətə çıxış əldə etmək, ondan istifadə etmək istəyən digər şəxslərə aiddir.
2. Yazışmalar
Xidmətimizdən istifadə etməklə, xəbər bülletenləri, marketinq və reklam materialları və göndərə biləcəyimiz başqa məlumatlara abunə olmağa razılıq verirsiniz. Bununla belə, abunəliyin ləğvi üçün elektron keçiddən istifadə etməklə və ya [email protected] ünvanı vasitəsilə bizə e-məktub göndərərək bu materialların bəzilərindən və ya hamısından imtina edə bilərsiniz.
3. Satınalmalar
Xidmət vasitəsilə təmin edilən hər hansı məhsul və ya xidməti satın almaq istəyirsinizsə (“Satınalma”), kredit və ya debit kart nömrəsi, kartınızın istifadə müddətinin bitmə tarixi, ödəniş ünvanı, çatdırılma ünvanı daxil olmaqla (lakin bunlarla məhdudlaşmayaraq), Satınalmaya müvafiq məlumatları təqdim etmək xahiş edilə bilər.
Siz zəmanət verir və bəyan edirsiniz ki: (i) hər hansı Satınalma ilə əlaqədar hər hansı kart(lar)dan və ya başqa ödəniş metodundan və ya metodlarından istifadə etməyə qanun çərçivəsində hüququnuz var; və (ii) təmin etdiyiniz məlumatlar həqiqətdir, düzgündür və tamdır.
Satınalmaların ödənişi və tamamlanmasına yardım məqsədilə üçüncü tərəflərin xidmətlərindən istifadə edə bilərik. Məlumatlarınızı təqdim etməklə bizə məlumatları Məxfilik Siyasətimizin şərtləri çərçivəsində həmin üçüncü tərəflərə ötürmək hüququ verirsiniz.
Aşağıdakı səbəblərdən sifarişinizi istənilən vaxt rədd və ya ləğv etmək hüququna malikik: məhsul və ya xidmətin mövcudluğu, məhsulun və ya xidmətin təsvirində, yaxud qiymətində səhvlərin olması, sifarişinizdə səhvlərin mövcudluğu və ya başqa səbəblər.
Dələduzluq və ya icazəsiz, yaxud qeyri-qanuni əməliyyat hallarından şübhələndikdə, sifarişinizi rədd və ya ləğv etmək hüququna malikik.
4. Müsabiqələr, çəkilişlər və ya kampaniyalar
Xidmət vasitəsilə təmin edilən hər hansı müsabiqə, çəkiliş və ya başqa kampaniya (birlikdə “Kampaniyalar” adlandırılacaq) bu Xidmət şərtlərindən fərqli qaydalarla tənzimlənə bilər. Hər hansı Kampaniyada iştirak edirsinizsə, xahiş olunur, müvafiq qaydaları, eləcə də Məxfilik siyasətimizi nəzərdən keçirin. Kampaniya qaydaları bu Xidmət şərtləri ilə ziddiyyət təşkil edərsə, Kampaniya qaydaları tətbiq edilir.
5. Geri ödənişlər
Müqavilələr üzrə geri ödənişləri müqavilədə müəyyən edilən müddət ərzində həyata keçiririk.
6. Məzmun
Bu Xidmət daxilində və ya vasitəsilə tanış olduğunuz məzmun “Yeni Bakı Oteli” MMC-nin mülkiyyətidir və ya icazə ilə istifadə edilir. Bizdən əvvəlcədən yazılı və birmənalı icazə almadan, sözügedən Məzmunu kommersiya məqsədləri və ya şəxsi mənafeyiniz üçün yaya, dəyişdirə, ötürə, təkrar istifadə edə, endirə, təkrar paylaşa, surətini köçürə və ya istifadə edə bilməzsiniz.
7. Qadağan edilmiş istifadə halları
Xidmətdən yalnız qanuni məqsədlər üçün və bu Şərtlər çərçivəsində istifadə edə bilərsiniz. Xidmətdən aşağıdakı qaydada istifadə etməyəcəyinizə razılıq verirsiniz:
0.1. Hər hansı müvafiq ölkədaxili və ya beynəlxalq qanun və ya qaydanı pozacaq qaydada.
0.2. Azyaşlıları qeyri-adekvat məzmuna məruz qoymaqla və ya başqa üsulla istismar etmək, istismar etməyə cəhd etmək və ya onlara zərər vermək məqsədilə.
0.3. "Lazımsız e-məktub", "xoşbəxtlik məktubu", "spam" və ya hər hansı bənzər müraciət daxil olmaqla, hər hansı reklam və ya kampaniya materialını ötürmək və ya göndərilməsini təmin etmək.
0.4. Şirkət adından çıxış etmək, özünü Şirkətin əməkdaşı, başqa istifadəçi, yaxud hər hansı başqa şəxs və ya qurum kimi göstərmək və ya buna cəhd etmək.
0.5. Başqalarının hüququnu pozan, qeyri-qanuni, təhdidedici, dələduzluq xarakterli və ya zərərli hər hansı qaydada, yaxud hər hansı qanunsuz, dələduzluq xarakterli və ya zərərli məqsəd və ya fəaliyyətlə əlaqədar.
0.6. Hər hansı başqa şəxsin Xidmətdən istifadəsini və ya zövq almasını məhdudlaşdıran, yaxud Şirkətə və ya Xidmət istifadəçilərinə zərər verə biləcəyini, yaxud onları təhqir edə və ya onlar üçün öhdəlik yarada biləcəyini müəyyən etdiyimiz hər hansı başqa davranış üçün.
Əlavə olaraq aşağıdakılara yol verməməyə razılıq verirsiniz:
0.1. Xidmətdən onu qeyri-aktiv edəcək, həddən artıq yükləyəcək və ya zərər verəcək şəkildə istifadə etmək, yaxud başqa tərəflərin - Xidmət vasitəsilə real vaxt rejimində fəaliyyətlərdə iştirak daxil olmaqla - Xidmətdən istifadəsinə müdaxilə etmək.
0.2. Xidmətin izlənilməsi və ya hər hansı materialın üzünün köçürülməsi daxil olmaqla, hər hansı məqsədlə Xidmətə giriş üçün hər hansı robot, hörümçək və ya başqa avtomatik cihaz, proses və ya vasitələrdən istifadə.
0.3. Əvvəlcədən yazılı razılıq olmadan xidmətin izlənilməsi və ya hər hansı materialın üzünün köçürülməsi, yaxud hər hansı başqa icazə verilməmiş məqsəd üçün hər hansı əl ilə idarə edilən prosesdən istifadə
0.4. Xidmətin lazımi qaydada təmin edilməsinə müdaxilə edən hər hansı cihaz, proqram təminatı və ya rejimdən istifadə.
0.5. Zərərli və ya texniki zədəyə səbəb ola biləcək hər hansı virus, Troyan atı, soxulcan, məntiqi bomba və ya başqa materialdan istifadə.
0.6. Xidmətin hər hansı hissəsinə, Xidmətin mühafizə edildiyi serverə və ya Xidmətin qoşulduğu hər hansı server, kompüter, yaxud məlumat bazasına icazəsiz giriş, müdaxilə və ya zərər vermək cəhdi.
0.7. Xidmətə etiraz və ya paylanmış xidmətə etiraz hücumu vasitəsilə Xidmətə hücum etmək.
0.8. Şirkətin reytinqinə zərər verə və ya onu saxtalaşdıra biləcək hər hansı hərəkət.
0.9. Xidmətin düzgün fəaliyyətinə hər hansı başqa üsulla müdaxilə etmək.
8. Analitik iş
Xidmətimizdən istifadəni izləmək və təhlil etmək üçün üçüncü tərəf Xidmət təminatçılarından istifadə edə bilərik.
9. Azyaşlılar tərəfindən istifadənin yolverilməzliyi
Xidmət ən azı on səkkiz (18) yaşı olan fərdlərin daxil olması və istifadəsi üçün nəzərdə tutulub. Xidmətə daxil olmaqla və ya ondan istifadə etməklə bəyan edir və zəmanət verirsiniz ki, azı on səkkiz (18) yaşınız var və (və ya) bu müqaviləni bağlamaq və Şərtlərin müddəalarına əməl etmək üçün tam səlahiyyət, hüquq və qabiliyyətə maliksiniz. Ən azı on səkkiz (18) yaşınız yoxdursa, Xidmətə daxil olmağınız və ondan istifadə etməyiniz qadağandır.
10. Əqli mülkiyyət
Xidmət və onun orijinal məzmunu (İstifadəçilər tərəfindən təmin edilən məzmun istisna olmaqla), xüsusiyyətləri və funksiyaları “Yeni Bakı Oteli” MMC və onun lisenziarlarının müstəsna mülkiyyətidir və onların mülkiyyəti olaraq qalacaq. Xidmət müəllif hüquq, ticarət nişanı haqqında və başqa qanunlarla qorunur. Hər hansı ticarət nişanımız “Yeni Bakı Oteli” MMC-nin əvvəlcədən yazılı razılığı olmadan hər hansı məhsul və ya xidmətlə əlaqədar olaraq istifadə edilə bilməz.
11. Müəllif hüquqları siyasəti
Başqalarının əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşırıq. Xidmət çərçivəsində yerləşdirilən Məzmunun hər hansı şəxs və ya qurumun müəllif hüququ və ya başqa əqli mülkiyyət hüquqlarını pozduğuna ("Hüquq pozuntusu") dair hər hansı iddiaya cavab vermək siyasətimizin bir hissəsidir.
Müəllif hüququnun sahibisinizsə və ya onun adından çıxış etmək səlahiyyətiniz varsa, müəllif hüquqi ilə qorunan işin müəllif hüququ pozuntusu təşkil edəcək şəkildə köçürüldüyünə inanırsınızsa, xahiş olunur, iddianızı “Müəllif hüququ pozuntusu” başlığı ilə [email protected] ünvanına göndərin və iddia edilə hüquq pozuntusunun aşağıdakı təfərrüatları ehtiva edən ətraflı təsvirini iddianıza daxil edin.
Xidmət çərçivəsində və/və ya xidmət vasitəsilə təqdim edilən hər hansı Məzmunun müəllif hüququ ilə əlaqədar saxta təqdimat və ya pisniyyətli iddia halında zərərlərə (xərclər və hüquqşünasın əməkhaqqı daxil olmaqla) görə məsuliyyət daşıyacaqsınız.
12. Müəllif hüquqlarının pozulduğuna dair iddia
Müəllif hüquqları üzrə agentimizi aşağıdakı məlumatlarla yazılı qaydada təmin etməklə müvafiq qanun çərçivəsində bildiriş göndərə bilərsiniz:
0.1. müəllif hüququ sahibinin maraqlarını naminə çıxış etmək səlahiyyətli olan şəxsin elektron və ya fiziki imzası;
0.2. müəllif hüququ ilə qorunun işin mövcud olduğu URL (başqa sözlə, vebsaytın ünvanı), yaxud müəllif hüququ ilə qorunan işin surəti daxil olmaqla, pozulduğunu iddia etdiyiniz müəllif hüququn aid olduğu işin təsviri;
0.3. Müəllif hüququnun pozulduğunu iddia etdiyiniz materialın yerləşdiyi URL və ya Xidmətə aid başqa yerin ünvanı;
0.4. ünvanınız, telefon nömrəniz və e-poçt ünvanınız;
0.5. Mübahisə predmeti olan istifadəyə müəllif hüququnun sahibi, agenti tərəfindən və ya qanunla icazə verilmədiyinə səmimi olaraq inandığınıza dair bəyanat;
0.6. Bildirişinizə daxil olan yuxarıdakı məlumatların düzgün olduğuna, müəllif hüquqlarının sahibi olduğunuza və ya onun adından çıxış etmək səlahiyyətinizin olduğuna dair, cəza və cərimənin mümkünlüyünü nəzərə almaqla verdiyiniz bəyanat.
Müəllif hüquqları üzrə agentimizlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
13. Səhvlərin və rəylərin bildirilməsi
Xidmətlərimizlə əlaqədar səhvlər, təkliflər, ideyalar, problemlər, şikayətlər və başqa məsələlərlə bağlı rəy və məlumatları (“Rəy”) [email protected] ünvanı vasitəsilə birbaşa, yaxud üçüncü tərəflərə məxsus sayt vasitələrin köməyi ilə bizə təqdim edə bilərsiniz. Siz təsdiq edir və razılaşırsınız ki: (i) Rəylə bağlı hər hansı əqli mülkiyyət hüququ, mülkiyyət hüququ və ya başqa maraq əldə etmir və ya buna iddia etmirsiniz; (ii) Şirkət Rəylə uyğun təkmilləşdirmə ideyalarına malik ola bilər; (iii) Rəyə sizə və ya hər hansı üçüncü tərəfə aid məxfi və ya xüsusi mülkiyyət təşkil edən məlumat daxil deyil; (iv) Şirkət Rəylə əlaqədar məxfiliyin qorunması üçün öhdəlik daşımır. Müvafiq qanunvericiliyə əsasən Rəy üzərində mülkiyyət hüququnun ötürülməsi mümkün olmadığı təqdirdə, Şirkətə və onun afilə olunmuş şəxslərinə Rəydən istənilən qaydada və hər hansı məqsədlə istifadə üçün müstəsna, ötürülə bilən, ləğv edilməyən, ödənişsiz, sub-lisenziya hüququ verən, məhdudiyyətsiz istifadə (surətini çıxarmaq, dəyişdirmək, kompilyasiya etmək, dərc etmək, yaymaq və kommersiyalaşdırmaq daxil olmaqla) hüququ verirsiniz.
14. Başqa vebsaytlara elektron keçidlər
Xidmətimizə “Yeni Bakı Oteli” MMC-nin mülkiyyətində və ya nəzarətində olmayan üçüncü tərəf vebsaytlarına və ya xidmətlərinə elektron keçidlər daxil ola bilər.
Yeni Bakı Oteli MMC üçüncü tərəflərə məxsus hər hansı vebsayt və xidmətlərin məzmunu, məxfilik siyasəti və ya praktikaları üzərində nəzarət malik deyil və onlara görə öhdəlik daşımır. Biz bu qurumların/fərdlərin və ya vebsaytların hər hansı təklifinə zəmanət vermirik.
TƏSDİQ EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, ŞİRKƏT HƏR HANSI ÜÇÜNCÜ TƏRƏFƏ AİD BELƏ VEBSAYT VƏ YA XİDMƏTLƏR VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI MƏZMUN, MAL VƏ YA XİDMƏTLƏRDƏN İSTİFADƏ EDİLDİYİNƏ VƏ YA ONLARA ETİBAR EDİLDİYİNƏ GÖRƏ MEYDANA GƏLƏ BİLƏCƏK HƏR HANSI BİRBAŞA VƏ YA DOLARI ZƏRƏRƏ VƏ YA İTKİYƏ GÖRƏ CAVABDEH DEYİL VƏ ÖHDƏLİK DAŞIMIR.
DAXİL OLDUĞUNUZ, ÜÇÜNCÜ TƏRƏFƏ MƏNSUB HƏR HANSI VEBSAYT VƏ YA XİDMƏTLƏRİN XİDMƏT ŞƏRTLƏRİ VƏ MƏXFİLİK SİYASƏTLƏRİNİ OXUMAĞI TƏKİDLƏ TÖVSİYƏ EDİRİK.
15. Zəmanət öhdəliklərindən imtina
ŞİRKƏT BU XİDMƏTLƏRİ ZƏMANƏTSİZ VƏ "MÖVCUD OLDUĞU TƏQDİRDƏ" TƏMİN EDİR. ŞİRKƏT XİDMƏTLƏRİNİN İŞİ VƏ YA DAXİL OLAN MƏLUMAT, MƏZMUN VƏ YA MATERİALLARA DAİR HƏR HANSI BİRBAŞA VƏ YA DOLAYI BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR. BU XİDMƏTLƏRDƏN, ONLARIN MƏZMUNUNDAN VƏ BİZDƏN ƏLDƏ ETDİYİNİZ HƏR HANSI XİDMƏT VƏ YA PREDMETDƏN İSTİFADƏYƏ GÖRƏ RİSKİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRDÜYÜNÜZLƏ BİRMƏNALI OLARAQ RAZILAŞRISINIZ.
NƏ ŞİRKƏT, NƏ DƏ ONUNLA ƏLAQƏLİ HƏR HANSI ŞƏXS XİDMƏTLƏRİN BÜTÖVLÜYÜNƏ, TƏHLÜKƏSİZLİYİNƏ, ETİBARLILIĞINA, KEYFİYYƏTİNƏ, DƏQİQLİYİNƏ VƏ YA MÖVCUDLUĞUNA DAİR HƏR HANSI BNƏYANAT VƏ YA ZƏMANƏT VERİR. YUXARIDA QEYD EDİLƏNLƏRİN MƏHDUDLAŞDIRILMAMASI ŞƏRTİLƏ NƏ ŞİRKƏT, NƏ DƏ ONUNLA ƏLAQƏLİ HƏR HANSI ŞƏXS XİDMƏTLƏRİN, ONLARIN MƏZMUNUNUN VƏ YA XİDMƏTLƏR VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI XİDMƏT VƏ YA PREDMETİN DƏQİQ, ETİBARLI, XƏTASIZ, FASİLƏSİZ OLACAĞINA, NÖQSANLARIN ARADAN QALDIRILACAĞINA, XİDMƏTLƏRİN VƏ YA ONU TƏQDİM EDƏN SERVERİN VİRUSSUZ VƏ YA BAŞQA ZƏRƏRLİ KOMPONENTLƏRDƏN XALİ OLDUĞUNA, YAXUD XİDMƏTLƏR VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI XİDMƏT VƏ YA PREDMETLƏRİN EHTİYACLARINIZA VƏ GÖZLƏDİKLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ DAİR BƏYANAT VƏ ZƏMANƏT VERİR.
BUNUNLA ŞİRKƏT TİCARİ YARARLILIQ, BAŞQALARININ HÜQUQLARININ POZULMAMASI VƏ KONKRET MƏQSƏD ÜÇÜN YARARLILIQLA ƏLAQƏDAR ZƏMANƏTLƏR DAXİL OLMAQLA, HƏR HANSI BİRBAŞA VƏ YA DOLAYI, QANUNLA NƏZƏRDƏ TUTULAN VƏ YA BAŞQA ZƏMANƏTDƏN İMTİNA EDİR.
YUXARIDA QEYD EDİLƏNLƏR MÜVAFİQ QANUNVERİCİLİK ÇƏRÇİVƏSİNDƏ İSTİSNA EDİLƏ VƏ YA MƏHDUDLAŞDIRILA BİLMƏYƏN HƏR HANSI ZƏMANƏTƏ AİD EDİLMİR.
16. Məsuliyyətin məhdudlaşdırılması
QANUNLA QADAĞAN EDİLMİŞ HALLAR İSTİSNA OLMAQLA, VƏZİFƏLİ ŞƏXSLƏRİMİZİ, DİREKTORLARIMIZI, ƏMƏKDAŞLARIMIZI VƏ AGENTLƏRİMİZİ NECƏ MEYDANA GƏMƏSİNDƏN ASILI OLMAYARAQ, MÜQAVİLƏ ÇƏRÇİVƏSİNDƏ, SƏHLƏNKARLIQ VƏ YA BAŞQA QEYRİ-QANUNİ FƏALİYYƏT NƏTİCƏSİNDƏ YARANMASINDAN, YAXUD BU MÜQAVİLƏDƏN İRƏLİ GƏLMƏSİNDƏN ASILI OLMAYARAQ HƏR HANSI BİRBAŞA, CƏZA XARAKTERLI, FAKTİKİ, DOLAYI VƏ YA TƏSADÜFİ ZƏRƏRDƏN (VƏKİL XƏRCLƏRİ, ARBİTRAJ VƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ, ELƏCƏ DƏ APELYASİYA VƏ MƏHKƏMƏ İLƏ ƏLAQƏDAR BÜTÜN XƏRC VƏ MƏSRƏFLƏR DAXİL OLMAQLA, MƏHKƏMƏ ÇƏKİŞMƏSİ VƏ YA ARBİTRAJIN BAŞLAYIB-BAŞLAMADIĞINDAN ASILI OLMAYARAQ) , O CÜMLƏDƏN BU MÜQAVİLƏ VƏ SİZİN HƏR HANSI FEDERAL, MİLLİ VƏ YA YERLİ QANUVERİCİLİYİN ZİDDİNƏ TÖRƏTDİYİNİZ HƏR HANSI QAYD POZUNTUSUNDAN İRƏLİ GƏLƏN XƏSARƏT VƏ YA MÜLKİYYƏTƏ VURULAN ZƏRƏRƏ GÖRƏ (HƏTTA BU ZƏRƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ ŞİRKƏTƏ ƏVVƏLCƏDƏN MƏLUMAT VEİRLMİŞ OLSA DA) HƏR HANSI İDDİADAN QORUMALI VƏ MƏSULİYYƏTDƏN AZAD ETMƏLİSİNİZ. QANUNLA QADAĞAN EDİLƏN HALLAR İSTİSNA OLMAQLA ŞİRKƏTƏ AİD ÖHDƏLİK MÜƏYYƏN EDİLDİKDƏ, HƏMİN ÖHDƏLİK MƏHSULLARA VƏ/VƏ YA XİDMƏTLƏRƏ GÖRƏ ÖDƏNİLMİŞ MƏBLƏĞLƏ MƏDHDULAŞMALIDIR VƏ HEÇ BİR HALDA DOLAYI, YAXUD CƏZA XARAKTERLİ ZƏRƏRDƏN SÖHBƏT GETMƏMƏLİDİR. BƏZİ ÖLKƏLƏRDƏ CƏZA XARAKTERLİ, TƏSADÜFİ VƏ YA DOLAYI ZƏRƏRLƏRİN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERİLMİR, BUNA GÖRƏ DƏ YUXARIDA QEYD EDİLƏN MƏHDUDLAŞDIRMA VƏ YA İSTİSNA EDİLMƏ TƏTBİQ EDİLMİR.
17. Ləğv edilmə
Biz əvvəlcədən bildiriş vermədən, heç bir öhdəlik qəbul etmədən öz mülahizəmiz əsasında Şərtlərin pozulması daxil olmaqla hər hansı səbəbdən hesabınızı dərhal ləğv edə və ya dayandıra və ya Xidmətə çıxışınızı qadağan edə bilərik.
Hesabınızı ləğv etmək istəyirsinizsə, sadəcə Xidmətdən istifadəyə davam etməyə bilərsiniz
Şərtlərin mahiyyəti etibarilə ləğv edilmədən sonra qüvvədə qalmalı olan bütün müddəaları, o cümlədən mülkiyyət hüququ haqqında müddəalar, zəmanət öhdəliklərindən imtina, zərərin əvəzinin ödənilməsi və öhdəliyin məhdudlaşdırılmasına dair müddəalar ləğv edilmədən sonra qüvvədə qalmalıdır.
18. Tətbiq edilən qanunvericilik
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənməli və təfsir edilməlidir. Bu qanunvericilik müqaviləyə kolliziya hüququ müddəalarından asılı olmayaraq tətbiq edilməlidir.
Bu Şərtlərə daxil olan hər hansı hüquq və ya müddəanı icra etməməyimiz bu hüquqlardan imtina hesab edilməməlidir. Bu Şərtlərin hər hansı müddəası məhkəmə tərəfindən etibarsız və ya iddia qüvvəsindən məhrum hesab edilərsə, qalan müddəalar qüvvədə qalmağa davam etməlidir. Bu Şərtlər aramızda Xidmətlə əlaqədar tam müqaviləni təşkil edir və Xidmətlə əlaqədar aramızda əvvəllər mövcud olmuş hər hansı razılaşmanı ləğv və əvəz edir.
19. Xidmətə dəyişikliklər
Biz əvvəlcədən bildiriş vermədən və öz müstəqil mülahizəmiz əsasında Xidmətimizi və ya Xidmət vasitəsilə təmin edilən hər hansı xidmət və ya materialı ləğv etmək və ya dəyişdirmək hüququna malikik. Xidmət hər hansı səbəbdən, hər hansı vaxt və ya müddət üçün tam və ya qismən mövcud olmadıqda, buna görə öhdəlik daşımayacağıq. Bəzi hallarda qeydiyyatdan keçmiş istifadəçilər daxil olmaqla, istifadəçilər üçün Xidmətin bəzi hissələrinə və ya bütövlükdə Xidmətə çıxışı məhdudlaşdıra bilərik.
20. Şərtlərə düzəlişlər
Dəyişdirilmiş şərtləri bu sayta yerləşdirməklə, istənilən vaxt Şərtlərə düzəliş edə bilərik. Bu Şərtləri dövri qaydada nəzərdən keçirmək sizin öhdəliyinizdir.
Düzəliş edilmiş Şərtlərin yerləşdirilməsindən sonra Platformadan istifadə etməyə davam etməyiniz dəyişiklikləri qəbul etdiyinizi bildirir. Sizin üçün məcburi qüvvə daşıyan hər hansı dəyişiklikdən xəbərdar olmaq üçün bu səhifəyə tez-tez baş çəkməyiniz gözlənilir.
Hər hansı düzəliş qüvvəyə mindikdən sonra Xidmətə daxil olmağa və ya ondan istifadəyə davam etməklə, düzəliş edilmiş şərtlərin sizin üçün məcburi qüvvəyə malik olmasına razılıq verirsiniz. Yeni şərtlərlə razılaşmırsınızsa, artıq bu Xidmətdən istifadə etmək üçün icazəniz yoxdur.
21. Hüquqdan imtina və müddəaların müstəqilliyi
Şirkətin Şərtlərdə irəli sürülən hər hansı şərtdən imtina etməsi həmin şərtdən və ya hər hansı başqa şərtdən gələcəkdə də və ya davamlı olaraq imtina ediləcəyi demək deyil. Həmçinin Şirkətin Şərtlər çərçivəsindəki hər hansı hüquq və ya müddəaya iddia etməməsi həmin hüquq və ya müddəadan imtina hesab edilməməlidir.
Şərtlərin hər hansı müddəası hər hansı səbəbdən məhkəmə, yaxud səlahiyyətli yurisdiksiyanın başqa məhkəmə orqanı tərəfindən etibarsız, qeyri-qanuni, iddia qüvvəsindən məhrum hesab edilərsə, həmin müddəa ləğv edilməli və ya minimum dərəcədə elə məhdudlaşdırılmalıdır ki, Şərtlərin qalan müddəaları tam hüquqi qüvvəsini və etibarlılığını saxlasın.
22. Təsdiq
XİDMƏTDƏN VƏ YA TƏMİN ETDİYİMİZ BAŞQA XİDMƏTLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ BU XİDMƏT ŞƏRTLƏRİNİ OXUDUĞUNUZU VƏ ONLARIN SİZİN ÜÇÜN HÜQUQİ CƏHƏTDƏN MƏCBURİ OLDUĞUNU TƏSDİQ EDİRSİNİZ.
23. Bizimlə əlaqə
Xahiş olunur, texniki xidmət üçün rəy, şərh və sorğularınızı [email protected] elektron ünvanına göndərin.