ƏN YAXŞI AZƏRBAYCAN ƏNƏNƏLƏRİNDƏN İLHAMLANAN YEMƏKLƏR VƏ İÇKİLƏR
"The Merchant"ın rəngarəng və yaddaqalan menyusu qonaqlara Azərbaycan mətbəxi ənənələrindən ən yaxşılarını təklif edir. Tarixi İpək Yolu üzərində Şərqlə Qərbin kəsişməsində yerləşdiyimizi vurğulayan menyularımız həm Qərb, həm də Asiya təamlarının və ədviyyatlarının maraqlı sintezini özündə əks etdirir. Xəzərin tarixi mirasından ilhamlanaraq və Xəzər Gəmiçiliyi şirkətinin qət etdiyi marşrutlardan zənginləşərək yaradılan "The Merchant" menyusu sizin bütün arzularınızı və zövqünüzü tam qane edəcəkdir. Başlanğıc nöqtəsi kimi Azərbaycan ənənələri olan "The Merchant" əsas diqqətini məharətlə hazırlanmış və illər uzunu saxlanılan içki sənətinə yönəldir. "The Merchant" otelinin bartenderi kokteyllərdən müstəsna həzz almağınız üçün xüsusi "dizayner buzu"nu hazırlamışdır. "The Merchant" içkilərinin proqramı Azərbaycan ənənələrindən ilhamlanan mətbəxlə yanaşı, özündə Qərb texnikasını Yaxın Şərq və Asiya ətirləri ilə birləşdirir. Və müasir çalarlarla tamamlanmış ləzzətli Azərbaycan mətbəxi ideal nəfislik və dad uyğunluğunu yaradır.
ŞƏHƏRİN QƏLBİNDƏ SƏRİN GUŞƏ
Çoxdan gözlənilən yay gəldi, getdikcə istilər daha da artır, Bakı bürküsündən "The Merchant Baku" hotelinin "The Latitude and Longitude" kölgəli guşəsində və sərin terrasında gizlənmək olar. Biz yay mövsümü üçün tam hazır vəziyyətdəyik və ilk növbədə qonaqlarımız üçün açıq havada terras açmışıq ki, onlar burada gözəl yay yeməklərindən və içkillərindən həzz ala bilsinlər.
Restoranın terrası gözəl çəlləklərdə yetişdirilən sıx yaşıl kollarla əhatə olunub. İki böyük ağ rəngli tent isti günəş şüalarından qoruyur. Terrasın interyerinin əsas xüsusiyyəti Xəzər Dəniz Gəmiçiliyinin mirası olan iki böyük gözəl qara rəngli gəmi lövbərinin olmasıdır. "The Latitude and Longitude"da menyu çox müxtəlifdir – burada həm qəlyanaltı etmək, həm çay içmək, həm də Xəzədən gələn sərinliyi hiss etməklə dadlı kokteyllərdən zövq almaq olar.
Yay terrası sizi gözləyir! Gözəl Bakı axşamlarından zövq almaq üçün siz mütləq vaxt tapıb "The Latitude and Longitude" gəlməlisiniz!
The Merchant Baku vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin yerləşdiyi möhtəşəm, tarixi binada yerləşir. 1858-ci ildə inşa edilən ikonik memarlıq Azərbaycan tarixinin ən dinamik və vacib dövrlərindən birini əks etdirir.
The Latitude and Longitude Lounge - qonaqların dincələ, rahatlana biləcəyi və özlərini evdəki kimi hiss edə biləcəyi xoş məkana çevrilməsində başlıca rol oynayan səmimiyyətə və qeyri-rəsmiliyə malikdir. Möhtəşəm keramik soba oteldəki bir çox orijinal xüsusiyyətlərdən biridir və bu da Bakının “Qafqazın Parisi” kimi tanındığı illərə təsadüf edir. Bu rahat “lounge” foyenin yaxınlığında yerləşir və bu, qəlyanaltı etmək yaxud da bir stəkan çay içmək üçün dostlarınızla görüşəcəyiniz mükəmməl yerdir. Menyumuz arasında seçdiyiniz yeməklər sayəsində bütün mövsümlərdə bizim “lounge”dan həzz almaq fürsətini əldən qaçırmayın.
The Merchant Baku vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin yerləşdiyi möhtəşəm, tarixi binada yerləşir. 1858-ci ildə inşa edilən ikonik memarlıq Azərbaycan tarixinin ən dinamik və vacib dövrlərindən birini əks etdirir.
MenuÜNSİYYƏT ÜÇÜN İDEAL YER
"The Latitude and Longitude" barın peşəkar bartenderləri tərəfindən hazırlanmış içki proqramı kokteyl mətbəxi və buz şöbəsində xüsusi diqqət və həvəslə tərtib olunmuşdur. Hər bir kokteyl, yemək reseptləri kimi müxtəlif texnologiyalardan, məsələn, xüsusi çəlləklərdə fermentasiya aparılması kimi texnikadan istifadə etməklə işlənib hazırlanır.
İş saatları: 07:00 – 00:00
EV VƏ RESTORAN MƏTBƏXİNİN NƏCİB QARIŞIĞI
Otelin girişində sizə, tarixi divarları əsrlərin dərinliklərinə aparacaq restoranımız qarşılayacaqdır. Restoranımızda istər Azərbaycan, istərsə də dünya mətbəxində ixtisaslaşan peşəkar aşpazlar tərəfindən hazırlanan səhər yeməyindən, nahardan və şam yeməyindən zövq alacaqsınız. "Açıq bufet" tipli səhər yeməyi minimalistik olmasına baxmayaraq, diqqətlə seçilmiş menyudan ibarətdir. Burada ev klassikasının, Vyana un bişirilmələrinin, şirniyyatlarının, yerli fermalardan yoqurtların, regionlardan olan ət kəsimlərinin və dünyanın hər bir yerindən olan pendirlərin, həmçinin rəngarəng meyvə və giləmeyvələrin, təzə sıxılmış şirələrin uzlaşmasının geniş çeşidi təqdim olunur. Qəhvə və çay zərif keramik qabda təqdim edilir ki, bunlar da hər bir müştəriyə sənətkarlığı və "The Merchant" otelini əhatə edən detallara xüsusi diqqətin olmasını xatırladacaqdır.
"The Merchant" otelində yeməklər yerli fermerlərdən və ölkə istehsalçılarından olan məhsullardan istifadə olunmaqla hazırlanır. Bu zaman baş aşpaz tərəfindən bəzi qərb texnologiyaları da tətbiq olunur, menyu dünya mətbəxinin təsirini nəzərə almaqla yerli reseptlər əsasında tərtib edilmişdir. Azərbaycanın dadları, Asiya və Yaxın Şərqin ədviyyatları hər bir yeməyin ləzzətini artırır və ona xüsusi rəng və çalar verir. Bizim əsas məqsədimiz müştərilərimizin xüsusi istək və gözləntilərini təmin etmək üçün sadəliklə yanaşı, müxtəlif elementləri bir-biri ilə birləşdirməkdir.
BƏNZƏRSİZ ÜSLUBA VƏ MƏTBƏXƏ MALİK OLAN ORİJİNAL LOUNGE BAR
"The Latitude and Longitude Lounge" özünün səmimi və qeyri-rəsmi mühiti ilə fərqlənir və qonaqların dincəlməsi, rahatlanması və özlərini evdəki kimi hiss etməsi üçün xoş bir məkana çevrilir. Möhtəşəm keramik soba oteldəki bir çox orijinal əşyalardan biri olmaqla, Bakının "Qafqazın Parisi" kimi tanındığı əvvəlki illərə təsadüf edir. Siz bu rahat "lounge bar"ı bizim xolldan çıxışda tapa bilərsiniz – bura həmkarlarla görüşlər, tez qəlyanaltı etmək və ya günorta çayı içmək üçün ideal bir yerdir. Bizim menyudan olan yeməkləri seçim etməklə siz istənilən mövsümdə bizim "lounge bar"da əla istirahət edə bilərsiniz.