İdman Zalı

LAZIMİ FORMADA QALMAQ – SAĞLAM OLMAQ DEMƏKDİR

HƏYAT TONUSUNUN SAXLANILMASI ÜÇÜN GÜNDƏLİK MƏŞQLƏR  


İdmanla daimi məşğul olmaq sağlam həyat tərzi üçün vacibdir. Buna görə də bizim qonaqlarımıza trenajor zalına gəlmək üçün xüsusi imkanlar yaradılıb, burada onlar istirahət və ya işgüzar səfər zamanı öz şəxsi fitnes rejimini pozmadan, evdə olduğu kimi idmanla məşğul olmağa davam edə biləcəklər. Siz "The Merchant Baku" trenajor zalında bütün gün üçün lazımi enerjini toplaya biləcəksiniz. Bunun üçün trenajor zalında müxtəlif avadanlıqlar mövcuddur: velosiped, qaçış zolağı, avarçəkmə trenajoru, krossover-trenajor, qarın pressinin formalaşması üçün trenajor, əllər və ayaqlar üçün çəki ağırlığı olan trenajorlar və daha çox..

"The Merchant" hotelində qonaqlamanızın məqsədlərindən asılı olmayaraq sizin sağlamlıq və rifahınız bizim üçün çox vacibdir. İdman zalının mövcudluğu, hotelin otaqlarının rahatlığı və mühiti kimi eyni dərəcədə əhəmiyyətlidir. Yorğunluğun öhdəsindən gəlmək və uzun uçuşlardan sonra enerjinizi bərpa etmək üçün ən yaxşı üsul — yaxşıca idman etməkdir.

"The Merchant" hotelində kifayət qədər məşq yeri var və burada hər kəs rahat məşq etmək və özünün həyat tonusunu saxlamaq üçün lazım olan avadanlıq və qurğunu tapa biləcəkdir. Zalın məşq zonalarına bölünməsi və düşünülmüş yerləşdirmə maksimal rahatlığı təmin edir. Bütün avadanlıqlar artıq sınaqdan keçirilib və sizləri gözləyir. Trenajorlarda həm peşəkar idmançılar, həm də yeni başlayanlar məşğul ola bilərlər. Hər bir qonaq öz fiziki hazırlığından asılı olaraq məşqin intensivliyini özü sərbəst müəyyən edə bilər.

Hotelin Fitnes Avadanlıqları

Zalda aşağıdakı müasir "Precor" avadanlıqları və qurğuları var: velosiped, iki qaçış zolağı, avarçəkmə trenajoru, özündə turniki, ağırlıq qaldırmaq üçün ştanqanı birləşdirən krossover-trenajor, həmçinin həm qarın pressinin formalaşması, həm də hiperekstenziya üçün trenajor, əllər və ayaqlar üçün çəki ağırlığı olan trenajor və müxtəlif çəkili ağırlıq daşları dəsti. Həmçinin, trenajor zalı maksimum rahatlıq və yaxşı əhval-ruhiyyə yaratmaq üçün sərinləşdirici sistemlə təchiz olunmuşdur. İçməli su qabının, dəsmalın və ya digər əşyalarınızın saxlaması üçün rahat rəflər mövcuddur.

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS