Bakının mərkəzinin tarixi memarlığı

Bakı memarlığında vahid bir istiqamət mövcud deyil, o, özündə çoxlu sayda müxtəlif memarlıq üslubunu cəmləşdirmişdir. Bunlardan mirvarili sapla keçən 12-ci əsrin Masud ibn Davudun Qız Qalasından tutmuş və çar Rusiyası dövründə tikilmiş bütün gözəl binaları özündə birləşdirən üslubları qeyd etmək olar. Bu üslubların müxtəlifliyi içərisində diqqəti daha çox islam üslubu (Şirvanşahlar sarayı), venesiya üslubu (M. Muxtarovun evi "Səadət sarayı"), qotik üslubu (İsmailiyyə sarayı) və intibah memarlığı (Filarmoniya) cəlb edir. 

Bakının memarlığında dahi Azərbaycan memarı M. A. Useynovun tikdirdiyi bütün binalar xüsusi ilə seçilirlər. 2000-ci illərin əvvəllərində şəhərdə memarlığın postmodernizm istiqaməti daha çox yayılmağa başladı. Bakıda bu üslubda indiki binaların və otellərin əksəriyyəti inşa olunmuşdur. Bakının memarlığı çox böyük sürətlə dəyişir. Şəhərin parkları və fəvvarələr zonaları abadlaşdırılır. Onun ətrafında şüşə örtüklü hündür binalar peyda olur, onların ən parlaq nümunələri kimi "Deniz Mall" və alov rəmzində olan "Flame Towers"i göstərmək olar.

Bakıda otellərin əksəriyyəti gözəl arxitekturaya malik olan və şəhəri gözəlləşdirən binalarda yerləşmişlər. Bakının otelləri arasında onun mərkəzində yerləşən "The Merchant Baku" oteli xüsusilə seçilir.

Şəhərin mərkəzində memarlıq üslublarının qarışığı

"The Merchant Baku" oteli Bakının tarixinin hissəsində Xəzər Dəniz Gəmiçiliyinin keçmiş binasında yerləşir. Şəhərin lap mərkəzində yerləşən otel okeanda üzən ağappaq qar rəngində layner kimi təsəvvür olunur. Burada siz özünüzü dəniz kruizinin iştirakçısı kimi hiss edərək çox gözəl istirahət edə bilərsiniz.

Otelə çevrilən bu bina klassik üslubda tikilib. Memarlıqda klassik üslubu arxitekturanın mütləq elementi olan simmetrik kompozisiyaların əlamətlərinə görə asanlıqla tanına bilər. Eləcə də, binanın harmonik forması "qızıl kəsik" nisbətlər qaydasına görə (hündürlüyün və genişliyin nümunəvi nisbəti kimi) müəyyən olunmuşdur.

Dekorun əsas elementləri tağvari oymalar, pəncərə karnizləri şəklində olan bəzəklərdir. Ağappaq qar rəngində dekorativ elementlərin rəng qamması açıq pastel çalarlarındandır. Klassik memarlığın xüsusiyyətləri arasında divarların order parçalanması prinsipi əsasında tərtibatını da qeyd etmək olar. Fasadın mənzərəli relyefi hər mərtəbənin üzərindəki karnizlər, pəncərə frizləri, müxtəlif formalı haşiyələr vasitəsilə yaradılmışdır. Bina girişinin dizaynı özündə mərmər pilləkənləri və kolonları birləşdirir.

Təmirdən sonra "The Merchant Baku" otelinin binası özünəməxsus eklektikanı – klassik üslubun müxtəlif arxitektura elementləri ilə uyğunlaşdırılmasını özündə əks etdirir. Binada olan eyvanlar gəminin kapitan körpüsünün qanadlarını xatırladır, əsas zalın üstündəki şüşədən dam örtüyü isə öz silueti ilə oteli sərnişin laynerinə bənzədir.

Bakının bütün otelləri arasında "The Merchant Baku" oteli seçilir. Onun bütün interyeri dəbdəbəli müasir dizaynı və bir çox orijinal detalları özündə birləşdirən "The Great Gatsby" üslubunda yaradılmışdır. Mehmanxananın bir çox yerində vaxtilə Xəzər dənizində gəzmiş köhnə ticarət gəmilərinin təsviri olan freskalar vardır. "The Merchant" otelində hər nömrənin "Ar-deko" və "Ar-nuvo" Fransız memarlıq üslublarını özündə birləşdirən özünəməxsus fərdi dizaynı vardır. Bir çox otaqlar ayrıca bir eyvana malikdir, ailələr üçün ideal olan bitişik otaqlardan ibarət nömrələr də vardır.

"The Merchant Baku" oteli həm biznes adamları üçün, həm də böyüklər və ailəvi turistlər üçün gözəl məkandır. Siz həm iş, həm də istirahət zamanı rahat olacaqsınız.

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS