Qədim Bakı şəhərin (İçəri Şəhər) görməli yerləri
İçərişəhər Bakının ən qədim yaşayış məhəlləsidir. İçərişəhər 1977-ci ildə tarix-mədəniyyət qoruğu elan olunmuş, 2000-ci ildə isə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. İçərişəhərdə gəzməli və görməli yerlər çox saydadır. Tarixi kompleks bir çox memarlıq abidələrini özündə birləşdirir: məscidlər, qüllələr, kilsələr, şahların hakimiyyəti dövrünün meydanları. Bizim kiçik gəzintimiz qədim şəhərinin divarlarından başlayır. Köhnə şəhərin ərazisi divarla əhatə olunub. Divar qoruğun sərhədidir və eyni zamanda mədəni əhəmiyyət daşıyır.
Qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, kompleks öz başlanğıcını kiçik bir qəsəbə kimi antik dövrdən götürür. Qala divarı Şirvanşahların iqamətgahının Bakıya köçürülməsindən sonra tikilmişdir.
Qədim Bakının görüntülərinə incəsənətin müxtəlif janrlarında rast gəlinir. Qədim şəhərin təsvirinə K. Səidin "Əli və Nino" əsərlərində rast gələ bilərsiniz. İçərişəhərin dar küçələrində isə bir sira Sovet rejissorları V. Çebotarev, Q. Kazan, P. Bıkov, L. Qayday öz məşhur filmlərini çəkmişlər.
İçərişəhərin tarixi kompleksini dünyanın müxtəlif ölkələrindən gələn çoxlu sayda turistlər ziyarət edirlər. Qədim şəhər istənilən vaxt ziyarətçilər üçün açıqdır.
İçərişəhər qalasının cənub-şərqində yerləşən şəhərin əsas simvollarından biri sayılan Qız Qalasıdır. Azərbaycan memarlığının bu nadir incisi Bakının dənizkənarı mənzərəsinin ən mühüm tərkib hissəsidir.
Tikililərdən başqa burada bir neçə muzey də vardır ki, onları da ziyarət etmək olar. Artıq bir neçə on illərdir ki, Qız Qalası və Şirvanşahlar sarayı muzey kompleksi kimi fəaliyyət göstərirlər.
Şəhərin şimal Qala Qapıları
İçərişəhər tarix kompleksinin şimal hissəsində Şamaxı qapıları və Şah Abbasın qapıları yerləşir. Onlar "Qoşa Qala Qapıları" adı ilə də məşhurdurlar.
Şirvanşahlar sülaləsinin muzey-tarixi saray kompleksi və orada yerləşən Azərbaycan memarlığının incisi Şirvanşahlar Sarayıdır.
Bu kompleks bir neçə onilliklər ərzində tikilmiş, daim yeni binalarla, həyətlərlə genişləndirilmişdir. Əsrlər keçsə də, Şirvanşahlar sarayı ansamblı hələ də heyrətamiz bütöv bir bədii təəssürat bağışlayır. Memarların hər bir sonrakı nəsli xüsusi minnətdarlığa layiqdirlər. Burada kubik və çoxyönlü memarlıq həcmlərinə, daş üzərində daim izlənən oyma naxışlara, memarlıq formalarının ritminə və mütənasibliyinə necə ciddi əməl edildiyi görünür. Bu, həqiqətən, daşlarda donub qalmış musiqidir!
Köhnə şəhərdə görməli yerlərdən biri hamamlardır. Bir çox hamamlar "daxili şəhər"də yerləşir, onlardan ən məşhuru Şirvanşahlar hamamıdır.
Hamamdan başqa, köhnə şəhərdə karvansarayları da qeyd etmək olar. İçərişəhərdə bunlar: Xan karvansarayı, Multanı karvansarayı, Buxara karvansarayı və Qasım bəy karvansarayıdır.
Əgər saray incidirsə, məscid tarixi kompleksin ürəyi sayılır. Bakının əsas görməli yerləri orta əsrlərdə tikilmiş məscidlərdir. Onlardan ən məşhuru Şirvanşahlar kompleksindəki Saray məscididir.
XI əsrin həm də Sınıqqala məscidi kimi tanınan Məhəmməd məscidi şəhərin divarları içərisində inşa edilən ilk məscidlərdən biridir.
Azərbaycan mətbəxi restoranları
İçərişəhərdə hər addımda rahat restoran və kafelərə rast gəlmək olar. Burada Azərbaycan mətbəxini və şərablarını dadmaq olar. Azərbaycan mətbəxinə aid restoranların parlaq nümunəsi olan "Qala Divarı" özünün səhər yeməkləri ilə tanınıb. "Qız Qalası Çay Bağı"nda isə milli ədviyyəli dadlı çayı və məşhur "Sehirli Tendir" restoranın bütün dünyaya məlum olan qutablarını dada bilərsiniz.
Azərbaycan mətbəxinin restoranlarında onlarla plov növləri, kabablar, tərəvəzdən, ətdən, quşdan və balıqdan hazırlanmış yeməklər, yerli şirniyyatlar – paxlava, şəkərbura, mütəkkə (mutaki), Şəki halvası, Bakı kurabiyəsi, məşhur şərablar vardır. Bunları sadaladıqca iştah daha da artır.
Gəzintini başa çatdırmaq üçün əlbəttə, xüsusi mağazalarda suvenirlər almaq lazımdır. Burada xalça, mis qablar, müxtəlif gil qablar, "armudu" milli stəkanları kimi suvenirlər əldə etmək olar.
Azərbaycan üçün səciyyəvi olan "Buta" naxışlı müxtəlif parçalar, yaylıqlar və süfrələr hədiyyə dükanlarının qonaqlarının qadın hissəsinin xüsusilə xoşuna gələcək. Yaylıq və ləçəklərin növləri çoxdur, lakin onların içərisində xüsusi yeri kəlağayı ipəkdən milli qadın baş geyimi tutur. Hər bir kəs özünə müxtəlif rəng qammaları, həm də ornamental kompozisiyalara uyğun kəlağayını seçə bilər.
Həmçinin bu mağazalardan tez-tez alınan suvenirlər – kişilər üçün xəzdən olan baş geyimləri – papaqlar və əl işi bəzəkləridir.
Bununla da, İçərişəhərin dar küçələri və labirintləri ilə gəzintimiz sona çatdı. Bütün görməli yerlərlə tanış olduqdan sonra gününüzün ideal sonluğu "The Merchant Baku" otelində istirahət olacaqdır!