Spa – relaks və istirahət üçün gözəl yerdir

Sizin xidmətinizdə: şüşə atriumda yerləşən restoran, "The Latitude and Longitude Lounge", şəxsi və işgüzar görüşlər üçün tam təchiz olunmuş iki konfrans zalı, gecə-gündüz fəaliyyət göstərən fitnes zalı, hovuz, spa və kosmetik prosedurlar üçün xüsusi paketlər vardır.

"The Merchant Baku" sağlamlıq və istirahətin bərpası, rahatlanmaq üçün gözəl məkandır, burada sizi peşəkar masaj ustalarının qayğıkeş əlləri qarşılayacaqdır.

The Merchant Baku otelinin spa xidmətləri

Otelin spa-prosedurları bizim sağlamlıq salonumuzun üstünlüklərindən tam zövq almağa imkan verəcəkdir.

İsveç masajı yüngül və ya orta təzyiqlə edilən müalicəvi masajın növlərindən biridir. O, sizin rahatlanmağınıza və əhvalınızın yaxşılaşmasına köməklik göstərəcəkdir.

Bizim spada sakitləşdirici masaj gün ərzində yığılmış yorğunluqdan, depressiyadan və stressdən qurtulmaq istəyənlər üçün əla seçimdir. Burada əsas diqqət müxtəlif efir yağlarından, kremlərdən və losyonlardan istifadə olunmasına yetirilir. Masaj dəriyə, yumşaq toxumalara, oynaqlara, qan damarlarına müsbət təsir göstərir, onların işini bərpa edir və tonusunu yaxşılaşdırır.

Efir yağlarla masaj ikiqat faydalıdır, o sizi həm emosional, həm də fiziki cəhətdən sakitləşdirəcək. Bədən masajı efir yağlarının müxtəlif qarışıqlarından istifadə olunmaqla aparılır. Efir yağlarının müalicəvi və sakitləşdirici xüsusiyyətləri tonusu yaxşılaşdıran masaji müalicəvi masaja çevirir. Masaj zamanı bədənin hissiyyat orqanları da sakitləşir – iynəyarpaqların, lavandanın və ya qızılgülün ətirləri gözlərinizi yumub rahatlanmağa, problemlərinizi unutmağa və xoş hisslərə qərq olmağınıza imkan verir.

Dərin toxumaların masajı da terapevtik masaj növlərindən biridir. Bütün bədəni gərginlikdən qurtarmaq və əzələ ağrısını azaltmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Masaj ustalarının fərdi texnikası oynaqların, toxumaların və əzələlərin vəziyyətinə müsbət təsir göstərir.

Isti daşlar ilə Thai masajı effektiv masaj növlərindən biridir. Burada əsas məsələ – bədəninizi istilik mənbəyi rolunu oynayan və lazımi temperatura qədər əvvəlcədən qızdırılan xüsusi bazalt daşlarının köməyi ilə isitməkdən ibarətdir.

Bali masajı bədənin enerji nöqtələrini stimullaşdırmaq məqsədini daşıyır. O, əsasən bədənin sinir sisteminə, hormonal sistemə və həzm sisteminə müsbət təsir göstərir.

Düzgün və cəld qayğı

Masajların tam növləri ilə birlikdə bizim spada ekspress-masajlar da mövcuddur.

Refleksoloji masaj ayağın dabanındakı sinir sonlarına təsir göstərir. Masaj ustalarımızın xüsusi texnikası və bacarığı sayəsində sizin əhvalınız nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq, hər hansı bir dərman vasitəsini tətbiq etmədən diskomfortu aradan qaldıracaqdır.

Üzə qulluq. Üzün dərisinin vəziyyətinə düzgün qulluq edərək və onun tipini və ehtiyaclarını nəzərə alaraq, hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını almaq və sizin simanızın gözəlliyini və təravətini uzatmaq olar.

Üzün masajı – üzün dərisinə və əzələlərinə təsirin profilaktik və müalicəvi üsuludur. Masaj ustalarımızın üzünüzə bir neçə dəfə toxunmasından sonra siz gözə görünən müsbət nəticələri dərhal hiss edəcəksiniz. Burada yerinə yetirilən texnikalar, yəni yumşaq toxumaların və üz əzələlərinin sığallanması, onların çimdiklənməsi, əzilib ovuşdurması və digər hərəkətlər vasitəsilə onların işi stimullaşdırılır. Bu cür masaj üzdəki gərginliyi aradan götürür və yaş dəyişmələrinin qarşısını vaxtında alır.

"The Merchant Baku" otelinin spa salonunda sizə ənənəvi və ekzotik masaj növləri də təklif olunacaq. Sağlamlığınızı bərpa etmək, spa salonun ab-havasına dalmaq və gündəlik həyatın stressindən azad olub gərginliyi aradan qaldırmaq üçün sağlamlıq məkanına gəlin!

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS