Bakı şəhərinin mərkəzində əvvəllər Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan gözəl tarixi binada "The Merchant Baku" oteli yerləşir. Otelimiz bakılıların "Torqovıy" adlandırdığı gur Nizami küçəsindən bir neçə dəqiqəlik məsafədə yerləşir. Burada müasir üslublu mağazaları ziyarət etmək və ya heyranedici memarlıq abidələri ilə zövqlənmək olar.
Otel dar dolama küçələri, füsunkar bazarları və qədim şəhər divarları ilə məşhur olan qədim İçərişəhərin yanında məskunlaşıb. "The Merchant Baku" otelinin Bakının mərkəzində yerləşməsi bura gələn qonaqların Azərbaycanın paytaxtının görməli yerlərini asanlıqla öyrənə bilməsi imkanını yaradır. Onun incilərindən biri də "Latitude and Longitude Lounge Bar"dır.
Siz "The Merchant Baku" otelində "The Latitude and Longitude"un kölgəli və sərin terrasında da əla istirahət edib rahatlana bilərsiniz. Restoranın bütün terrası gözəl dibçəklərdə yetişdirilmiş sıx kollarla əhatə olunmuşdur. Terrasın hər iki qırağında isti günəşdən qorunmaq üçün iki böyük qar kimi ağ rəngli tent yerləşdirilib. Terrasın interyerinin xüsusiyyəti isə iki böyük gözəl qara lövbərdir ki, onlar da Xəzər Dəniz Gəmiçiliyinin mirası kimi saxlanılmışdır. Terrasda yalnız şam yeməyi deyil, həm də sərin Xəzəri seyr edərək çay içmək və dadlı kokteyldən həzz almaq, bütün gecəni rahat dincəlmək olar.
Bakı nəinki gözəl paytaxt şəhəridir, həm də ölkənin gecə həyatının mərkəzidir. Bakının gecə həyatı ölkənin ab-havasından və mədəniyyətindən zövq almaq deməkdir. Təzadlar şəhəri, parlaq rənglər, od və külək – gecə saatlarında paytaxt dinamik dəyişən səhnələrin kaleydoskopuna çevrilir. Otelin qədim şəhərin yaxınlığında yerləşməsi bütün gecə çevrilmələrinin palitrasını görməyə imkan verir. Əsas küçələr, meydanlar və binalar çoxrəngli illüminasiyaya qərq olur, "lounge bar" və otelin terrası isə bu gözəlliyi daha da artırır.
Gecə həyatı "The Merchant Baku" otelinin "lounge bar"ında da qaynayır. Bizim bartenderlərin təklif etdiyi çoxlu sayda firma içkiləri və yüngül, insanı bezikdirməyən musiqi sizə kokteyllərdən və ab-havadan həzz almağa imkan verir.
Nəfisliyin və axşam istirahətinin birləşməsi "The Latitude and Longitude Lounge Bar"ını Bakı şəhərinin mərkəzində yerləşən ən yaxşı restoranlardan biri edir.