Bakıda ən yaxşı istirahət etmək üçün səyahətçilərə bir neçə məsləhət

Bakıda səyahətçilər nə ilə məşğul ola və hara gedə bilərlər

Sizin istirahətinizin daha yaddaqalan və rəngarəng olması üçün, biz sizə Bakıda hara getmək barədə bir neçə tövsiyə vermək istərdik:

Şəhərin görməli yerlərini şərti olaraq üç hissəyə bölmək olar: köhnə şəhər, Sovetlər dövründə tikilmiş binalar və müasir üslubdakı yeni Bakı.


İçəri şəhər

Adətən "Bakı Akropolu" adlandırılan şəhərin qədim hissəsi – İçərişəhər tarixi-memarlıq qoruğudur. Bakının tarixi məhz buradan başlayır və ilk yaşayış məntəqələri hələ eramızdan əvvəl mövcud idilər. Qədim qala divarları ilə əhatə olunmuş İçərişəhərin daxili şəhəri üzrə gəzintilər, bir neçə əsrlik tarixə malik olan və sirli əfsanələrlə dolu əzəmətli Qız Qalası həmişəlik sizin yaddaşınızda qalacaqdır. Çay daşları ilə döşənmiş küçələrdə gəzərkən, sizə çoxsaylı suvenir dükanlarına və kafelərə baş çəkməyi məsləhət görürük.


Qız qalası

Ən maraqlı görməli yer və şəhərin əsl rəmzi Qız qalası hesab olunur. Erkən orta əsrlərdə o, qalanın əsas müdafiə obyekti sayılırdı, indi isə o özünün əzəmətli görünüşü və onunla bağlı əfsanələri ilə diqqəti cəlb edir.


Şirvanşahlar sarayı

Şəhərin mərkəzində Azərbaycan memarlığının incisi olan Şirvanşahlar sarayı muzey-tarix kompleksi yerləşir. Saray – hamam və məscidlərdən tutmuş Şirvan hökmdarlarının təyinatı üzrə istifadə etdikləri sərdabələrdən ibarət tikililər kompleksidir. Qədim şəhərə məşhur Şamaxı qapıları tərəfindən girmək olur.


Bakı bulvarı

Şəhərin tarixi guşəsi ilə tanış olduqdan sonra məşhur Bakı bulvarında gəzinti ən yaxşı qərarlardan biridir. Bakı bulvarının uzunluğu 16 kilometrdir, mənzərəli Xəzər dənizinin sahili boyunca uzanır. O, yüz ildən artıq tarixi ilə öyünə bilər (ilk səyahətçilər 1909-cu ildə burada gəziblər). Burada işıqlı-musiqili fəvvarə, "Şeytan çarxı" attraksionu, çoxsaylı kanalları və körpüləri olan kiçik Venesiya vardır. Həmçinin, "Azneft" meydanı, kukla teatrı, attraksionlar parkı və bulvarın bütün uzunluğu boyu çoxlu sayda turizm və kütləvi əyləncə obyektləri fəaliyyət göstərir.


Heydər Əliyev mərkəzi

Heydər Əliyev mədəniyyət mərkəzinin içərisində auditorium, onun adına muzey və bir neçə sərgi zalları yerləşir. Mədəniyyət mərkəzinin layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmışdır. Heydər Əliyev mərkəzi müasir Bakının əsas simvollarından biri sayılır.

Birinci mərtəbədə ölkənin tarixi və mədəni irsindən bəhs edən nadir eksponatlarla tanış olmağa imkan verən sərgi zalı yerləşir. Sərgidə Qobustandan qayaüstü rəsmlərin nümunələri, qədim sikkələr və zinət əşyaları, orta əsrlərə aid gildən və misdən hazırlanmış məmulatlar göstərilir. Müqəddəs Quran, Bibliya və Tövrat kimi kitabların qədim nüsxələri də nümayiş etdirilir.

İkinci mərtəbədə paytaxtın və ölkənin digər bölgələrinin 45 görməli tarixi və memarlıq yerlərinin maketi yerləşib. Burada Qız Qalası, Möminə Xatun türbəsi, Dəmir yolu vağzalı, Filarmoniya və İsmailiyyə sarayı ilə, həmçinin Sovet memarlığının nümunələri – Hökumət Evi və Yaşıl teatrla tanış olmaq olar.

Üçüncü mərtəbədə "Azərbaycana xoş gəlmişsiniz" adlı sərgi yerləşir. Görməli yerlərin və təbii abidələrin fotoşəkilləri, eləcə də Azərbaycan kulinariya sənətinin iştahaaçan fotoları bu ekspozisiyaya sözün əsl mənasında xüsusilik gətirir.

Mədəniyyət mərkəzində Heydər Əliyevə 1969-cu ildən 2003-cü ilə qədər xidmət edən avtomobillərin toplandığı bütün kolleksiyaya həsr olunmuş qeyri-adi muzey var. Mərkəzə daxil olan kimi muzeylə dərhal tanış ola bilərsiniz.


Flame Towers

Azərbaycan – "Odlar Yurdu" adlanır, Bakının yeni rəmzinə çevrilmiş dəbdəbəli memarlıq kompleksi olan tikili buna bir sübutdur. Bu, "Flame Towers" kimi tanınan "alovlu" və ya "alovlanan" qüllələrdir. Kompleks – odun dillərini xatırladan üç binadan ibarətdir.

"Flame Towers" ölkədəki ən yüksək binalardan biridir. Öz dizaynı, hündürlüyü və gecə işıqlandırması sayəsində qüllələr şəhərin istənilən nöqtəsindən gecə-gündüz görünür. Onlar şəhərin qərbində alovlanan böyük tonqalı xatırladırlar. Hər axşam "Flame Towers" kompleksinin fasadında alov hərəkətini əks etdirən ekranlar yanaraq bu binaları üç nəhəng məşələ çevirir.


Fəvvarələr meydanı

Fəvvarələr meydanı paytaxtın mərkəzində yerləşən meydandır. Orada müxtəlif fəvvarələr fəaliyyət göstərir. Fəvvarələr meydanının perimetrini XIX və XX əsrlərə aid tarixi binaları və memarlıq abidələri əhatə edir. Bunlar – Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyi (1860-cı ili tikilib) və eyni adlı abidə və "Araz" kinoteatrının binasıdır (1870-ci ili tikilib).


Milli Azərbaycan tarixi muzeyi

Bakı bulvarı və Fəvvarələr meydanı ilə xoş gəzintidən sonra Bakıda daha nə etmək olar?


Mütləq muzeyləri ziyarət etmək lazımdır!

Milli Azərbaycan Tarixi Muzeyi gözəl memarlıq abidəsində – məşhur sənayeçi və mesenat Tağıyevin binasında yerləşir. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan mədəniyyətinə aid çoxlu sayda artefaktlar və tarixi abidələr yerləşdirilib. Onlar sizə ən qədim dövrlərdən başlayaraq indiki günədək ölkənin tarixi haqqında ümumi təsəvvür yaratmağa kömək edəcəkdir.

Muzey ekspozisiyasının əsas hissəsi Tağıyev sarayının binasında nümayiş etdirilir. Orada məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və onun ailəsinin xatirə muzey-mənzili də fəaliyyət göstərir.


Azərbaycan milli xalça muzeyi

Dünyada ilk xalça muzeyi kimi tanınan muzey, xalçaların toplanmasına, qorunub saxlanmasına və onların öyrənilməsinə həsr olunan – Azərbaycan milli xalça muzeyidir. Azərbaycan milli xalça muzeyinin müasir binası zahirən yığılmış xalçanı xatırladır.


Baku City Circuit

Hər il Bakıda çoxlu sayda idman və mədəniyyət tədbirləri keçirilir. Onlardan ən önəmlisi Formula-1 Qran-Pri tədbiridir. "Baku City Circuit" – 6 kilometr uzunluğunda olan şəhər küçə yarışları üçün əsl sınaq meydanıdır. Avtomobil trekinin bir hissəsi Bakının mərkəzindən, o cümlədən YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş köhnə şəhərin küçələrindən keçir.

"Baku City Circuit" digər ölkələrdə olan paytaxt yolları arasında ən sürətlisidir və 20 cəlbedici dönqələri olan yarış trekidir. "The Merchant Baku" yarış marşrutunun lap yaxınlığındadır, bir sıra nömrələrin eyvanlarından isə yarışları rahatlıqla izləyə bilərsiniz.

 

Bakının gecə həyatı

Şəhərə baxdıqdan sonra, hələ Bakıda nə etmək olar sualının cavabı – şəhərin gecə həyatına qatılmaqdır. Bakı – əla musiqi sədaları altında bir qədəh şərab və ya kokteyl içərək gecə həyatı, əyləncə gecələri, rəqs və istirahət sevənlər üçün gözəl məkandır.

Xəzərin sahilində çoxsaylı gecə klubları və restoranlar yerləşir. Paytaxtın mərkəzinin koloritliyi ilə fərqlənən küçələri çoxsaylı restoranların, kafelərin, pabların, şərabların və digərlərin orijinal lövhələri ilə doludur.

Bakıda ən populyar olanları "Buddha Bar", "Madrid Bar", "360 Bar", "Pasifico" və digər klublardır.

Bakıda nə ilə məşğul olmağın movcud siyahısında mütləq bəndlərdən biri də – qəlyanaltılardan tutmuş şirniyyat və desertlərə kimi gözəl Azərbaycan mətbəxinin bütün yeməklərini dadmaqdır.

Şəhərin bütün görməli yerlərini ziyarət etdikdən, gecə klublarında istirahət etdikdən və şənləndikdən sonra Bakıda daha haraya getmək üçün yeganə yer – "The Merchant Baku" otelidir. Burada siz rahat şəraitdə istirahət edib dincələ bilərsiniz!

×

Daxil Olun

Salam, DOST!

Şəxsi məlumatlarınızı daxil edin və bizimlə səyahətə başlayın.

×

Xoş Gəlmisiniz

To keep connected with us please login with you personal info

CREAte account

call MESSAGE OFFERS